Dünyaİran

Fransanın Tehrandakı yeni səfiri fransalı vətəndaşların sərbəst buraxılmasını istədi

Fransanın Tehrandakı yeni səfiri Nikola Roş İbrahim Rəisi ilə görüşdə İranda həbsdə olan 7 Fransa vətəndaşının dərhal azad edilməsini tələb edib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bu tələb Fransanın yeni səfirinin İran prezidentinə etibarnamənin təqdim edilməsi mərasimi zamanı irəli sürülüb.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Fransua Delmas İranda 7 Fransa vətəndaşının saxlanması ilə bağlı Tehranın siyasətini qəbuledilməz adlandırıb.

O, vurğulayıb ki, əgər ölkəsinin vətəndaşları İran həbsxanalarında saxlanılmağa davam edərsə, Tehranın Paris və digər Avropa ölkələri ilə münasibətləri daha da pisləşəcək.

Fransa ilə İran arasında münasibətlər son aylarda 7 Fransa vətəndaşının İranda özbaşına həbsinin davam etməsindən sonra gərginləşib.

Fransa hökuməti bu həbsləri hökumətin girov götürmə nümunəsi adlandırıb.

Son illərdə İranın təhlükəsizlik qurumları əsasən casusluq və təhlükəsizliklə bağlı ittihamlarla onlarla əcnəbi vətəndaşı və ikili vətəndaşlığı olan şəxsi həbs edib.

İnsan haqları qrupları və Qərb hökumətləri İran hökumətini bu həbslər vasitəsilə başqa ölkələrdən imtiyaz almağa çalışmaqda, diplomatik təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button