DünyaİranSağlıq & Yaşam

Gələn həftə İrana “Sputnik V” vaksinləri gətiriləcək

Gələn həftə İrana Rusiya tolidi “Sputnik V” vaksinləri gətirələcək. Vaksinlərin gətirilməsi ilə bağlı ilkin işlər yekunlaşdırılıb. Məsələ ilə bağlı bəhmən ayının 13-də Yol və Şəhərsalma vəziri Məhəmməd İslami bilgi verib. Qeyd edək bu açıqlamadan bir gün əvvəl İranın Tibb Sistemi Ümumi Yığıncağının 98 üzvü ölkə prezidenti Həsən Ruhaniyə vaksinlərlə ilgili məktub göndərib. Məktubda “Sputnik V”nin beynəlmiləl qurumlar tərəfindən təyid edilməməsinə diqqət çəkilib. Onlar vaksinin təhlükəli ola biləcəyi ilə bağlı ölkə başçısına bildiriş ediblər. Bildirək ki, İran məqamları əhalinin “Pfayzer” və “Moderna” vaksinlərinin gətirilməsi ilə bağlı istəyinə qarşı çıxırlar. Onlar sözügedən vaksinlərin gətirilməməsinə pulun köçürülməsi zamanı yaranan müşküllər, yetərli mali qaynağın olmaması kimi bəhanələri bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button