Dünya

Mövlud Çavuşoğlu: “Dəfələrlə diplomatik həll yolu irəli sürdük”

“Biz Güney Qafqazda barışın bərqərar olması üçün diplomatik həll yolu istəyəndə, buna razı olmayanlar indi siyasi çözüm istəyirlər, bəli, biz buna da razıyıq”. Bunu Türkiyənin Xarici İşlər vəziri Mövlud Çavuşoğlu hakim Ədalət və gəlişmə Partiyasının Antalyada keçirilən konqrəsində deyib.
Vəzir bildirib ki, Türkiyə istənilən durumda sakit və sərt gücündən istifadə edə bilib. Mövlud Çavuşoğlu ölkəsinin türk millətinin əleyhinə olan oyunları poza bildiyini diqqətə çatdırıb.
“Suriyada, Libidə, Doğu Aralıq dənizində, Qarabağda olanlar göz önündədir. Dağlıq Qarabağda 30 ildir işğal vardı, zülm vardı. Dəfələrlə diplomatik həll yolu irəli sürdük, razılıq olmadı. Can qardaşımız Azərbaycan döyüş meydanına girdi, haqqını, işğalda olan torpaqlarını geri aldı. Amma indi diplomasi, siyasi həll yolu istəyirlər, bəli, biz buna da varıq. Güney Qafqazın rifahı üçün 3+3 formatında, ikitərəfli, üçtərəfli görüşlər davam edir, bölgədə atəşkəsə nəzarət edirik. Bu dərslərdən dərs alıb, düzgün davranarsa, ən çox qazanc götürən Ermənistan olacaq”, – deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button