İran

Gələn ilin dövlət büdcəsi layihəsi: Təqaüd yaşı iki il artırıldı

Xatırladaq ki, ötən aylar ərzində İranın müxtəlif şəhərlərində dolana bilməyən təqaüdçülər öz haqlarını tələb etmək üçün küçələrə axışaraq etiraz mitinqləri keçiriblər.

Dekabrın 12-də İran parlamentinə təqdim edilən 1401-ci il (2022 – İranda hər il mart ayının 21-i başlayır) dövlət büdcəsinin layihəsinə əsasən, dövlət işində çalışanların təqaüdəçıxma yaşı iki il artırılıb. İranda indiyədək təqaüd yaşı kişilər üçün 60, qadınlar üçün isə 55 olub.

“Aznews tv” xəbər verir ki, dövlət büdcəsi layihəsində təqaüdlərin hesablanması əsasları da təqaüdçülərin ziyanına dəyişdirilib. Belə ki, hökumət təqaüdə çıxmış vətəndaşların təqaüd haqqını onların son 3 il ərzindəki orta maaş məbləğinə əsasən hesablamaq istəyir. Daha öncə isə bu, son iki ilin maaş ortalamasına əsasən hesablanırdı.

Xatırladaq ki, ötən aylar ərzində İranın müxtəlif şəhərlərində dolana bilməyən təqaüdçülər öz haqlarını tələb etmək üçün küçələrə axışaraq etiraz mitinqləri keçiriblər.

Narazı təqaüdçülərin əsas tələbləri isə şəhərdə yaşayan 4 nəfərlik bir ailənin orta yaşayışı üçün normal təqaüdün verilməsi və təqaüdlərin maaş və dolanışıq səbətinin əsasını təşkil edən 12 milyon 500 min tümən səviyyəsinə çatdırılması olub.

Related Articles

Bir cavab yazın

Back to top button