Azərbaycan

Gəncə üsyanından 101 il ötür

Şurəvi işğalına qarşı 1920-ci ilin mey ayının 25-də başladılan Gəncə üsyanından 101 il ötür. Bu tarixdə Azərbaycan milli ordusunun Gəncədəki 3-cü alayı Sarı Ələkbər və Qaçaq Qəmbərin dəstələrilə birlikdə 11-ci Qızıl Ordu hissələrini xəli-silah edib. Nəticədə 10 gün ərzində şəhəri əllərində saxlaya biliblər. Üsyan vaxtı bütün nizami əməliyyatlara jeneral Cavad bəy Şıxlı, Məmməd Mirzə Qacar və sərhəng Cavanşir bəy Kazımbəyli başçılıq edib. Üsyanın ilk günlərində 3 minə yaxın Şurəvi sərbazı ilə dərəcədarı ciddi itkilər verərək geri çəkiliblər. Gəncənin mərkəzindəki həbsxanada saxlanılan günahsız insanlar Qaçaq Qəmbər ilə Sarı Ələkbərin dəstələri tərəfindən azad ediliblər. Sərhəng Cavanşir bəyin alayı isə əsl qəhrəmanlıq göstərərək 11-ci ordudakı bolşevik dəstələrini xəli-silah edib və həbsxanaya salıb. Şəhərin dəmiryolu terminalına çox sayda zirehli maşınlar toplamağa nail olan 11-ci Qızıl Ordu birləşmələri oradan ardıcıl atəş yağdırır və qədim Gəncəni xarabalığa çevirirdilər. Üsyançılar son dərəcə ağır şəraitdə olmalarına baxmayaraq, mey ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci ildönümünü qeyd ediblər. Üsyançılar bir an belə mübarizəni dayandırmayaraq düşmənə ağır zərbələr endiriblər. Ancaq 11-ci Qızıl ordu başçısı Vetikanovun Qazax tərəfdən yeni qurdanları terminala toplaması, eləcə də fövqəladə komisar Həmid Sultanovun həbsxanada saxlanılan 2 min bolşevik sərbaz ilə dərəcədarını azadlığa buraxması üsyançılar üçün ağır zərbə oldu. Bundan sonra bolşeviklərin şəhərə güclü hucumu başladı. Rəsmi məlumata görə, Gəncə üsyanı zamanı 10 min bolşevik, 12 min isə cəsur üsyançı döyüşçü ölüb. 1950-ci ilədək üsyançıların həbs edilməsi və sürgünə göndərilməsi davam edib. 1920-ci il Gəncə üsyanı Azərbaycan Milli Azadlıq Hərəkatı tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq səhifəsidir. Bildirək ki, 1993-cü il mey ayının 25-də Gəncədəki sonuncu rus nizami payqahının şəhəri tərk etməsi ilə Azərbaycandan Rusiya qoşunlarının çıxarılması başa çatıb. Gəncə üsyanının 73-cü ildönümündə rus qoşunlarının ölkəni tərk etməsi tarix səhiflərində özəl yer tutub. Bu, mübariz millətin çabalarının hədər getməməsinin aydın örnəyi olub.

Related Articles

Bir cavab yazın

Back to top button