İran

Gəvən Zənganda mədənlərdən istifadənin artırılmasına mane olur

Zəngan Əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının Mədənlərin İşləri üzrə İdarənin rəisi Mehdi Fəramərzi deyib: gəvənin kəsməyə qadağa qanunu, əyalətin iqlimini nəzərə alaraq mədənlərdən istifadənin artırılmasına mane olur. Sultaniyyə bölgəsində yerləşən Murvarid Dəmir Daşı Mədənindən maqnitli dəmir çıxarılıb, əsas sənayelərdə gəlişdirilməklə konsantirəyə çevrilir, sonra polad istehsalı vahidlərində istifadə olunur. Murvarid dəmir daşı mədənində 5 milyon 400 min ton qəti zəxirə var, ondan illik 365 min ton çıxarma mümkündür. 200 nəfərə birbaşa işlə yaradıb. Əyalətdə Gəvən Qanunu icra olunduğundan mədənlərin çoxu, mədən ətəyində yeni iktişaf imkanı olmadığına görə, pərvanəyə malik mədən ətəyi işləri bitəndən sonra fəaliyyəti dayandırılır və az müddətdə fəal qala bilirlər. Əyalətdə mədənlərin faliyyətinin azlamasına və bağlanmasına səbəblərdən biri də, bəzi sənayenin bağlandığına və məhsul qiymətinin düşdüyünə görə məhsulların satışı bazarının olmadığıdır, belə ki satış qiyməti başa gəlmiş qiymətdən çox aşağıdır. Mədənlərin faliyyətinin azalmasına başqa bir səbəb də təhrimlərdir və mədənlərin hətta bəzisi Uluslararası bazarları itiriblər. İndilik Əyalətdə istifadəyə pərvanəsi olan 350 mədəndən 240 mədən işləyir.

Related Articles

Bir cavab yazın

Back to top button