Dünyaİran

G7 ölkələrinin xarici işlər nazirləri İranda nümayişçilərin istəklərinə dəstək verib

Almaniyanın qadın işləri naziri Liza Paus və G7-yə üzv ölkələrdəki həmkarları İran hökumətindən etirazçılara qarşı repressiya və zorakılığa son qoymasını istəyib.

Oktyabrın 14-də Berlində keçirilən görüşdən sonra bu nazirlər birgə bəyanat yayıblar.

“Qadınların hüquqları insan haqlarıdır və İran hakimiyyəti qadın və qızların bərabərliyini və insan haqlarından tam istifadə etmələrini vurğulayan beynəlxalq qanunlara əməl etməlidir”,- deyə, bəyanatda yazılıb.

Gender bərabərliyinin universal insan hüququ və demokratik cəmiyyətlərdə əsas dəyər olduğunu bildirən bəyanatda, bütün dünyada qadınların bu hüquq üçün hələ də mübarizə aparmağa məcbur olduğu qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button