Azərbaycan

Germidə çörək qıtlığı yaşanır

Muğanın Germi şəhərində çörək qıtlığı yaşanır. Bu barədə güneyli sosial media fəalları məlumat yayıb.

Məlumatın yayılmasından sonra şəhərin fərmandarı məsələyə münasibət bildirməyə məcbur olub.

Sosial media fəallarının yazdığına görə, hökumət Germi şəhərinin çörəkçilərinə nəzərdə tutulan un kvotasını vermədiyi üçün əhali əziyyət çəkir, şəhərdə və bölgə kəndlərində çörək çatışmazlığı yaranır.

Germinin fərmandarı Hüseyn Molayi mediaya verdiyi açıqlamada problemi “un qaçaqmalçıları” ilə əlaqəli olduğunu iddia edib və məsələnin həlli üçün Germi şəhərinin kəşfiyyat və təhlükəsizlik əməkdaşlarının tədbirlər gördüyünü deyib.

O, bununla yanaşı hökumətin çörəkçilər üçün verilməli unun miqdarının azalmasına toxunmadan çətinliklərin yaranmasında çörək sexləri yiyələrini ittiham edib.

Fərmandar bir neçə çörək sexi yiyəsi və un qaçaqmalçısının saxlanıldığını və barələrində cinayət işinin açıldığını bildirib.

Qeyd edək ki, xüsusilə son iki ilərzində İranın əksər əyalətlərində taxıl və un qıtlığının yaranmasına, çörəyin bahalaşmasına baxmayaraq, İran hökuməti Livana böyük miqdarda taxıl və un ixrac etmək barədə qərar verib.

Related Articles

Bir cavab yazın

Back to top button