İran

SEPAH-ın Qırmızı dəniz hövzəsində gizli fəaliyyəti üzə çıxdı

Təqaüddə olan polkovnik və hərbi araşdırmaçı Maykl Siqal SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Qızmızı dəniz hövzəsində məxfi fəaliyyət göstərdiyini, kəşfiyyat məlumatları topladığını və Yəməndəki Husi yaraqlılarına silah çatdırdığını deyib.

Siqal bu barədə “GNS” xəbər ajansına açıqlamasında məlumat verib. O bildirib ki, beynəlxalq medianın SEPAH-ın Qırmızı dənizdə hərbi dəniz bazası adlandırdığı “Saviz” gəmisinə İsrailin iddia olunan hücumundan sonra SEPAH həmin gəmiyə alternativ olaraq, hazırda da Eritreya sahillərində olan “Şəhid Rudəki” adlı yeni gəmisini gətirib.

Siqalın fikrincə, SEPAH Yəmən sahillərində mövcudluğunu “dəniz quldurlarına qarşı mübarizə” kimi əsaslandırır. Hərbi araşdırmaçı sonda qeyd edib ki, İran rejimi bununla Qırmızı dəniz hövzəsində daha fəal olmağa və husilərə daha çox silah göndərməyə çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button