İran

Gilanda turizm qrupları ilə bağlı xəbərdarlıq

Gilan ustanında 50 turist qrupu “təhlükəli turizm” ittihamı ilə məhkəmə orqanlarına təqdim olunub. 5 müsafirət dəftəri isə plomblanıb. Bu barədə murdad ayının 3-də Gilan Ustanı Fərhəngi Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müavini Həmidrza Azərpur xəbər verib. “Həmin turist qruplarının tanınması məcazi məkanda izlənilməklə mümkün olub. Bu qruplar lazım olan əmniyyət standardlarına riayət etmədən turizm bərnamələrini icra ediblər”- deyə o, əlavə edib. Gəzintiyə meyilli olanlara tövsiyə edilib ki, bu barədə münasib xidmətlərdən yararlansınlar. Habelə arxayın və əmn səfər etmək üçün icazə verilmiş turizm xidmətlərindən istifadə edə bilərlər. “ İcazəsiz gəzintilərdə xoşa gəlməz hadisələr olur. İnsanlardan xahiş edirik ki, bu qruplarla gəzintiyə çıxmaqla özləri və ailələrinin canını təhlükəyə atmasınlar ” deyə Azərpur vurğulayıb.
***

Related Articles

Bir cavab yazın

Back to top button