İran

Givi vilayətində partlayış baş verib

Givi vilayətində mənzildə qaz sızması nəticəsində partlayış baş verib. Olay nəticəsində ər-arvad ağır xəsarət alıb. Əraziyə urjans qüvvələri cəlb edilib. Yaralılar dərhal mərizxanaya yerləşdiriliblər. Ərdəbil Əyaləti Tibbi Yardım Əməliyyatı və Yönəltmə Mərkəzindən verilən məlumata görə, zərərçəkənlərin bədəninin yüzdə 50-si yanıb.
Qeyd edək ki, Givi vilayəti Ərdəbil şəhərindən 85 kilometr aralıda yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button