İran

Güney Azərbaycan şəhərlərində müəllimlərin etiraz aksiyaları genişlənir

Müəllimlərin və təhsil işçilərinin etiraz aksiyaları oktobrın 14-də də davam edib.

Güney Azərbaycan şəhərlərində müəllimlərin, təhsil işçilərinin və baznişəstə təhsil sistemi əməkdaşlarının etiraz aksiyaları genişlənib.

Oktobrın 14-də Təbriz, Culfa və Əərdəbil şəhərlərində Təhsil İdarəsinin qarşısına toplaşan müəllimlər və əməkli olan təhsil işçiləri  maaşların uyğunlaşdırılması planının yerinə yetirilməməsinə öz etirazlarını bildiriblər.

Etirazçılar “müəllim ayrı-seçkilikdən bezib” kimi şüarlarla hüquqlarının pozulmasına və məsələnin həll olunması ilə bağlı hökumət və Təhsil vəzirliyi tərəfindən verilən vədlərin yerinə yetirilməməsindən narazılıq ediblər.

Bununla yanaşı onlar müxtəlif bəhanələrlə, o cümlədən fərqli düşündüklərinə və siyasi baxışlarına görə həbs edilən müəllimlərin azad buraxılmalarını istəriblər.

“Məhbus müəllimlər azad edilməlidir” şüarları səsləndirən aksiyaçılar təhlükəsizlik orqanlarının fərqli düşünən müəllimlərə qarşı basqıları pisləyiblər.

Qeyd edək ki, bundan öncə Zəngan şəhərində də oxşar istəklərlə bağlı etiraz aksiyası keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button