İran

İranlı qadın idmançı Almaniyaya sığındı

İranlı xizəkçi və 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edən yeganə iranlı qadın Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.

Türkiyədə keçirilən beynəlxalq dağ xizək yarışlarında beş Asiya medalı və bir neçə beynəlxalq qızıl medalı olan Əhmədi yanvarın 28-də verdiyi açıqlamada Almaniyadan sığınacaq istədiyini bildirib.

İranın 22 yaşlı keçmiş milli xizək komandasının üzvü bir neçə gün əvvəl Fransada keçiriləcək dünya çempionatına hazırlaşmaq məqsədi ilə bu ölkəyə səfər etmişdi.

O, mühacirət səbəbini İranda qadınlara qarşı təzyiqlər, ayri-seçkiliklər və məcburi hicab qaydaları ilə əlaqəli olduğunu deyib.

Qeyd edək ki, bundan öncədə, xüsusilə son illər ərzində müxtəlif idman növlərində medallar qazanan İran milli komandasının üzvləri xarici ölkələrə sığınıblar.

İranlı idmançıların başqa ölkələrə sığınması öncələr hökumətin idman sahəsinə və çempionlara yetərli diqqət ayırmaması ilə əlaqədar olsada, son vaxtlar bu daha çox ölkədə etirazçılara qarşı repressiyaların güclənməsi ilə bağlı olub.

Related Articles

Bir cavab yazın

Back to top button