İran

Güclü külək Əhərin Sarılar kəndinə ziyan vurub

Əhərin Sarılar kəndində güclü külək bir sıra ziyanlar törədib. Belə ki, təbii fəlakət zamanı kaneksdən olan mədrəsə, heyvan saxlama yeri və bir evə ziyan dəyib. Bu barədə Əhərin Hilal Əhmər Sazimanının rəisi bilgi verib. Əsğər Rəsuli insan tələfatının qeydə alınmadığını bildirib. Ancaq sosial mediada yayılan görüntülərdə yaşlı bir qadının yaralandığı bəlli olub. Kəndin dağıntıya məruz qalan mədrəsəsinin görüntüləri də paylaşılıb. Bir çox insan məsulların bu bölgəyə diqqətsizliyini tənqid edib. Yaşanan durum hakimiyyət orqanlarının yetərsizliyini və insanların yoxsulluğunu göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button