İran

Güclü yağış daşqınlara səbəb olub

Ötən gün yağan güclü yağışlar səbəbindən Şərqi Azərbaycanın 5 şəhərində, habelə Qərbi Azərbaycan ustanında sel fəlakətə səbəb olub. Şərqi Azərbaycan Ustanının Böhran Müdiriyyətinin dediyinə görə, sel sularından zərər görən bölgələr Şəbistər, Mərənd, Əcəbşer, Çaroymaq və Marağadır.
Məhəmməd Baqir Hünərmənd təbii fəlakətdən əvvəl lazımi huşdarlar verildiyini bildirib. Açıqlamalara görə, Mərəndin Pirbala, Seyyidlu kəndləri və Mərənd-Xoy yolu zərər görüb. İSNA Xəbər Ajansı Çaroymaq şəhristanının Şadiyan məntəqəsində də selin maddi xəsarətlərə səbəb olması ilə bağlı xəbər yayımlayıb.
Marağanın Kəhlan, Qarabulağı, Şəlilvənd, Kəhcuq və Muğancıq kəndləri də ziyan görən kəndlər sırasındadır.
Qeyd edək ki, fəlakət Əcəbşerin Hərgəlan, Gözəlcə və Yayçı kəndlərinə də təsirsiz ötüşməyib.
Ustanın Böhran Müdiriyyəti rəsmisinin sözlərinə görə, sel ən çox əkinçilik, yollar, su və atıq su şəbəkəsinə ziyan vurub. Kuhsaranın bəxşdarı Ramin Əbdullahi təbii fəlakət barədə məlumat verib. Bildirilib ki, Salmas şəhristanının Kuhsar bəxşində də problem yaşanıb.
Fars Xəbər Ajansının yayımladığı xəbərə görə, Yuxarı və Aşağı Gələrəş kəndi, Heştirak və Gerikan kəndlərində də eyni vəziyyət hökm sürür. Sel suları səbəbindən Heştirak və Gerikan kəndlərində 17 yaşayış mənzilinə ziyan dəyib.

Related Articles

Bir cavab yazın

Back to top button