Azərbaycan

Güeny Azərbaycan dəmiryolu işçiləri etiraz bəyanatı yayıblar

Güeny Azərbaycan dəmiryolu işçiləri etiraz bəyanatı yayaraq rəhbərliyin onları aldatdığını deyirlər.

Güeny Azərbaycan dəmiryolu işçiləri etiraz bəyanatı yayaraq rəhbərliyin onları aldatdığını, hüquqlarının təmin olunması ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyini deyiblər.

İşçilər bu günə kimi onlara qarşı ədalətsizlik olduğunu qeyd edərək, şirkət rəhbərliyinin təklif etdiyi yeni müqavilənin imzalanmamasına çağırıblar.

“Bu günə kimi ən irənc yollarla bizi aldatdıqlarına, hüquqlarımızı tapdaladıqlarına və işçilərin əmək haqlarının mənimsənilməsinə etiraz əlaməti olaraq dinc aksiyalarımızı davam etdirəcək, hüquqlarımızın təmin olunmadığı təqdirdə yeni iş müqavilələrini imzalamayacayıq”-deyə, bəyanat müəllifləri bütün dəmiryolu işçilərini aksiyalara qoşulmağa çağırıblar.

Dəmiryolu işçiləri farsca yaydıqları bəyanatı “Yaşasın Azərbaycan” sözü ilə bitiriblər.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları Şirkətinin təmir bölməsində 2000 işçi çalışır və onların bir çoxu podratçı şirkətlər tərəfindən müvəqqəti müqavilələrlə işə götürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button