17 yaşı olan azərbaycanlı Hediye Purəfruz hələ də həbsdədir, oktyabrın 28-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən tutulan gəncin vəziyyəti ilə bağlı məlumat yoxdur. Ailəsinin dəfələrlə məhkəmə və təhlükəsizlik orqanlarına getmələrinə baxmayaraq, onlara qızın saxlanıldığı yeri, həbsin səbəbləri və ittihamlar barədə heç bir məlumat verilməyib