Araşdırma & Təhlilİran

Güney Azərbaycan son olayların dəngə nüqtəsidir

Günlərdir İranda siyasi gündəm Azərbaycan Cumhuriyyətinə bağlıdır. İran və ümumiyyətlə Fars mediası geniş bir Türk düşmənliyi üçün bir-biriylə rəqabət edirlər. Günlərdir İranda bütün qəzetlərin birinci səhifəsi ancaq Azərbaycan məsələsidir. Keçmiş millət vəkillərindən, Cümə imamları və Əli Xamneyiyə qədər Azərbaycana qarşı təhdid dili ilə hücum edirlər. İranı bu qədər qəzəbləndirən nə oldu? Nə oldu İran Ermənistandan daha artıq Azərbaycan düşmənliyi edir? Bu soruların cəvabı üçün İran tarixi və özəlliklə Fars Milliyyətçiliyinin detaylarıyla incələnməsi gərəkir. bəlkə son bir neçə günün olayını gözdən keçirirsək maraqlı məsələlərin şahidi ola bilərik.
Azərbaycan son dərəcə başarılı bir diplomasiyə sahibdir. Şərq dünyası, Rusiya və Çindən tutub Qərb dünyası və bölgə ölkələrə qədər çox aktiv bir diplomasıyə sahibdir. Elə bu da Azərbaycanı Qarabağ zəfərinə aparan güc nöqtələrindən biriydi. Ancaq qarşısında İran heç bir ölkəylə yaxşı münasibətlərə sahib deyil. Bütün qonşularıyla sorun yaşayan İran, bu dəfə də Türkiyə və Azərbaycanı hədələyir. Keçdiyimiz həftə Azərbaycan cümhuriyyətinin prezidenti İlham Əliyev İranın qanunsuzca Azərbaycan topraqlarına girib Ermənistana yardım etməsinə etirazını bildirdi. sonra İranda bənzəri görülməmiş bir nifrət baş verdi. İş o yerə gəlib çatdı ki, artıq iqtisadi qəzetlər də Azərbaycanın əleyhinə yazır. Ancaq İran Azərbaycana qarşı hücum edərkən bir neçə cümləni sürəkli təkrarlayır. İran dəvamlı Bakı və Tel-Aviv ilgilərini özünə qarşı bir kəmpeyn hesab edir. Hətta İran televizyonunda keçən illərdə Atom Enerjisiylə bağlı sənədlərin ölkədən çıxarılmasını Azərbaycanın arada vasitəçiliyi iddia edilir. Azərbaycan höküməti bu qədər nifrətə qarşı sakinliyini qoruyub öz yoluna dəvam edir. Gələn günlərdə Türkiyə və Azərbaycan Naxçıvanda təkrar yeni bir nizami təlimə başlayacaqlar. Yəni, göründüyü kimi İranın bütün bu etdikləri və təhdidləri heç bir işə yaramadı deyilə bilər.
Bir ayrı önəmli qonu da Fars Milliyyətçiləri və İranşəhri düşüncəsinin Türk düşmənliyidir. Bu tayfa keçmişdə olduğu kimi bu dəfə də ortamı qızışdırmağa çalışır. Hər zaman olduğu kimi yenə kaos və böhrandan bəslənən bu azınlıq, İran hakimiyyətini Azərbaycan və Türkiyəyə qarşı aqressiv hərəkətlərə təşviq edir. Habelə ölkə içində də Güney Azərbaycana qarşı nifrət yaradıb, hakimiyyətin Türklərə qarşı basqısının artırılmasını istəyir. Ancaq Güney Azərbaycan keçmişdə olduğu kimi yenə Azərbaycan qonusunda iran hakimiyyətin qarşısında yer alır. Sosial mediada günlərdir Azərbaycana dəstək mesajları yayılıb kampeynlərə start verilir. Bu durum əslində İranın əsil qorxusunu da ortaya qoyur. Güney Azərbaycan 44 günlük Qarabağ Savaşında olduğu kimi öz mənfəətlərini əsas tutaraq hər türlü Azərbaycana qarşı siyasətin qarşısında dayanır. Bu durum əslində bölgənin inkar edilməz bir həqiqətini bir daha göstərir. o da budur ki Güney Azərbaycan faktoru bölgədə önəmli siyasi rola sahibdir.

Related Articles

Bir cavab yazın

Back to top button