Azərbaycan

Güney Azərbaycanda ekoloji aksiyalar davam edir

Urmu gölünün qurumasına diqqət çəkmək və ekoloji fəlakətin qarşısının alınması istəyi ilə keçirilən aksiyalar iyulun 9-da Tikantəpə (Tikab) və Savalan daında davam etdirilib.

Qərbi Azərbaycan əyalətinin Tikantəpə şəhərinin milli və çevrə fəaları şəhərdə ekoloji problemlə bağlı yazılan bəyanatı yayıb, divarlara yapışdırblar.

Bununla yanaşı bir qrup mədəni və çevrə (ətraf mühit) fəalı Urmu gölünün qurumasına diqqət çəkmək məqsədilə Savalan dağına yürüş təşkil edib.

Onlar Savalan zirvəsində Urmu gölünün acınacaqlı durumunu əks etdirən, ekoloj fəlakətlə bağlı türkcə şüarlar yazılan baner qaldırıblar.

Qeyd edək ki, son günlər Güney Azərbaycanda hökumətin qurumaqda olan Urmu gölünə laqeyd münasibəti və gölün bərpası ilə bağlı vədlərin yerinə yetirilməməsinə qarşı davamlı olaraq etiraz aksiyaları keçirilir.

Related Articles

Bir cavab yazın

Back to top button