İran

Güney Azərbaycanda gecə vərəqələri paylanılıb.

Güneyli gənclər Təbrizdə “Yatan millət, çəkir zillət” ünvanlı gecə vərəqələri paylayaraq Azərbaycan sərvətlərinin talanmasına etiraz ediblər.

Təbrizdə milli-mədəni fəallar Azərbaycanın güneyində mədən və təbii sərvətlərinin talanması, habelə İran hökuməti tərəfindən azərbaycanlı fəalların həbsə məhkum edilməsinə etiraz olaraq şəhər boyu gecə vərəqələri paylayıblar.

“Hər gün Azərbaycanın Vərziqan bölgəsində yerləşən Süngün mis mədəninin 50 milyard tümən dəyərində konsentrası Kirmana daşınır. Bu pul əyalətdə qalsa bura cənnət olar”-deyə, gecə vərəqələrində Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədriza Purməhəmmədinin fikirləri əks olunub.

Son həftələr güneyli fəallar çeşidli hərəkətlər, o cümlədən gecə vərəqələri, bəner və bildiriş asmaqla Azərbaycana qarşı sistemli ayrı-seçkiliyə etirazlarını bildirib, həbsdə olan və basqılarla üzləşən milli-mədəni fəal eləcə də siyasi məhbuslara dəstəklərini ifadə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button