İran

İranda neft və qaz sənayesində işləyənlərin kütləvi tətil aksiyası olacaq

İranda neft və qaz sənayesində işləyənlərin kütləvi tətil aksiyası olacaq. Bu barədə Müqaviləli Neft İşçilərinin Etirazlarının Təşkilat Şurasının çağırış edib.

İranda Müqaviləli Neft İşçilərinin Etirazlarının Təşkilat Şurasıı bəyanat yayaraq işçiləri aprelin 22-də bütün ölkə üzrə tətil aksiyası keçirməyə çağırıb.

Bəyanatda ölkədə inflyasiyanın yüksəlməsi və bütün malların bahalaşmasına baxmayaraq işçilərin əmək haqlarının artırılmamasına etiraz üçün aksiya keçiriləcəyi qeyd olunub.

Bununla yanaşı aksiya təşkilatçıları bundan öncə keçirilən etiraz aksiyalarında irəli sürülən istəklərinin heç birinə önəm verilmədiyini yazıb, hökumət nümayəndələrinə bağlı olan podratçı şirkətlərin işçilərin hüquqlarını davamlı pozduqlarını bildiriblər.

“Səhiyyə, siğorta, yaşayış yeri ilə yanaşı hüquqlarımızın qorunması yönündə söz haqqımızında əlimizdən alınmasına dözməyəcəyik”-deyə, bəyanat müəllifləri narazı işçilərin işdən ovulacaqları ilə bağlı hədələndiklərini yazıblar.

Related Articles

Bir cavab yazın

Back to top button