Azərbaycanİran

Güney Azərbaycanı və İran şəhərlərini etiraz aksiyaları bürüdü

Güney Azərbaycanda və İranın digər bölgələrində müəllimlərin və məktəblilərin etiraz aksiyası başlayıb.

Yanvarın 13-ü səhər saatlarında onlarla şəhərdə başlayan aksiyalarda müəllimlər yenidən rütbələndirmə qanununun icra olunmasını, əmək haqlarının artırılmasını və təqaüdlərin bərabərləşdirilməsini tələb ediblər.

Tələblər sırasında həbs olunan müəllimlərin azad edilməsini, təqaüddə olan müəllimlərin maaşlarının bərabərləşdirilməsini, öyrənci və şagirdlərin təhsillərini davam etdirmələrinə şərait yaradılması da var.

Aksiyalarda “Məhbus müəllimlər azad edilməlidir” şüarı səsləndirilib.

Şəhərlərin Təhsil və Sosial Təminat idarələrinin qarşısına toplaşan  etirazçı müəllimlər “Çox vədlər eşitmişik, ancaq ədalət görməmişik”, “Müəllim, ayrı-seçkiliyə son qoymaq üçün ayağa qalx”, “Məhbus müəllimlər azad olunmalıdır” və digər şüarlar səsləndiriblər.

Təhsil işçiləri həmçinin hökuməti müəllimlərə qarşı təzyiqlərə son qoymağa çağırıblar.

Qeyd edək ki, noyabrın 11-də İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurasının dərc etdiyi ümumölkə mitinqinin yekun bəyanatında təhsil işçiləri və təqaüdçülər üçün “Dövlət Qulluğunun İdarə

Edilməsi haqqında”qanunun icrasının 14 il gecikdirilməsi, etiraz aksiyası keçirmək hüququnun pozulması tənqid edilib.

Sənəddə etirazçılara qarşı sərt təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi, uzunmüddətli həbslər, döyülmə, ölkədən qovulma, deportasiyaya və müxtəlif məhrumiyyətlərə məruz qalmaları da qınanıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button