
Sabir Pərnian Şərqi Azərbaycan mədənlərinin təsdiq edilmiş ümumi ehtiyatları 10 milyard tondan artıq olduğunu deyib.
Pərnian Şərqi Azərbaycanın faydalı qazıntı müxtəlifliyi baxımından yüksək potensiala sahib olduğunu bildirib.
O deyib: “Mədənlər arasında ehtiyatı 30 milyon ton və orta məhsuldarlığı 0,52 qram/ton olan Əndəriyan qızıl mədəni ölkənin ən zəngin qızıl mədənlərindən biridir.”
Qeyd edək ki, Azərbaycanın bu qızıl mədənləri illərdir Rusiya və İran tərəfindən talan edilir, ancaq bu qızıl mədəninin əsas sahibi olan Azərbaycan xalqı bu nəhəng sərvətlərdən heç bir pay ala bilmir. Əvəzində isə yoxsulluq, işsizlik, miqrasiya və bu mədənlərin səbəb olduğu ekoloji problemlərlə mübarizə aparır.