İran

Güney Azərbaycanlı fəal Süleyman Əlizadə həbs edilib

İctimai şəbəkələr vasitəsilə yayılan çağırışdan sonra, oktobrın 18-də Güney Azərbaycan əhalisi, azərbaycanlı mədəni və demokrasi fəalları Ermənistanla Norduz mərzinin fəaliyyətinin davam etməsinə etiraz ediblər. Belə ki, onlar gömrük vasitəsilə Ermənistana silahların hələ də göndərilməsinə və ötürülməsinə qarşı çıxaraq həmin gömrüyün bağlanmasını istəyiblər.
Məlumatlara görə, hüquqşünas olan azərbaycanlı fəal Süleyman Əlizadə etiraz mitinqi zamanı əmniyət qüvvələri tərəfindən döyülərək tutuqlanıb.
Qeyd edək ki, etiraz mitinqləri İranın əmniyət qüvvələrinin hücumları ilə yatırılıb və çoxlu sayda azərbaycanlı fəal fiziki zorakılığa məruz qalaraq tutuqlanıblar.
Azərbaycanlı fəalların kimlikləri və harada saxlandıqları ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button