İran

GÜNEY AZƏRBAYCANIN MİLLİ SƏRVƏTİNİ ÖZGƏLƏRİ TALAYIR

İran hakimiyyəti Azərbaycan-ın milli sərvətini talan etməyə dəvam edir

İran hakimiyyəti Azərbaycan-ın milli sərvətini talan etməyə dəvam edir

Ölkədə ən zəngin yer altı və yer üstü qaynaqlar Fars olmayan yerlərdədir. Nəft əsasən ərəblərin yaşadığı Əhvaz-da, Azərbaycan-ın Xəzərində və Muğanda movcuddur. Nefttən sonra bəlkə də ən zəngin sərvəti olaraq bilinən mis mədənlərinin də çoxu Azərbaycandadır. Qərb Azərbaycanda qızıl mədəni və Güney Azərbaycanın tarixi topraqlarının hər yerində istratejik əhəmiyyətli mədənlər var.
Ancaq bütün bu sərvət və varlıq sanki Türk millətinin rahatlığı üçün yox, işgəncə üçün yaradılıb. İran dövləti şah dönəmində olduğu kimi, İslam Cumhuriyyətində də bu millətin qanını sorub. Mədənlərin zənginlikləri xam bir şəkildə çıxardılaraq uzaq yerlərə daşınır. Azərbaycan turkləri isə işsizlik və kasıbçılıq üzündən İran-ın mərkəzinə doğru köç etməyə məcbur qalıb. Mədənlərdən çıxardılan sərvətin yerini təbi fəlakət və mərizlik doldurub. Qaradağın bənzərsiz təbiəti məhv edilib, sərətan mərizliyi isə gedərək yayılmğa başlayıb. Zəngan-ın Ruy və Sarab-ın Uraniyom mədənləri əhalinin gələcəyini məhv edir. Bunlar azmış kimi, İran-ın təhrim altında olması ölkədə ucu- bucağı olmayan bir fəsada yol açıb. Uzun illər vəzir, millət vəkili, Ustandar və şəhrdar adıyla saxta seçkilərdə iş başına keçənlər, bu gün bacardıqları qədər ölkənin sərvətini çalıb-talamaqla məşğuldur
Azərbaycanın Süngün Mis Mədənində baş verən olaylar muasir tarixin ən böyük iqtisadi fəsadlarından biri hesab oluna bilər. Uzun illər Təbriz millət vəkili adını daşıyan Riza Rəhmani İranın tanınmış sənət mafiyalarından biridir. Otomobil sənayəsinin böyük sərmayədarlarından olan Rəhmani illərcə məclisin Sənaye və Məadin komisyonuna rəhbərlik edib. Rəhmani-nin adı çəkiləndə, göz önünə iqtisadi fəsad gəlir. Ancaq sərmayə və siyasi rant gücünə malik olduğu üçün heç zaman o,məhkəmə ayağına çəkilməyib.Daha da ucaldıblar. İran-da söhbət fəsad və rantdan gedərsə əlbəttə Güney Azərbaycan kimi zəngin yer də listin başında gəlir.
Sabiq Süngün Mis Mədəninin işçisi olduğu bilinən Məhəmməd Əbdullahiyan yaxın zamanda bu mədəndə olan böyük iqtisadi rant haqqında önəmli məsələlər ifşa elədi.
Əbdullahiyan Riza Rəhmani-nin seçkilər zamanı təbliğat sitadının başındakı adamların mədəndə iş sahibi olmalarını və milyardlar tümən sərvətin bu timin əliylə yox olduğunu bildirdi. Sosyal medyada da geniş yayılan videodan məlum oldu ki, Əbdullahiyan Süngün Mis Mədənində istixdamları Vərziqan nümayəndəsinin əliylə olub. Bu vəsiləylə heç bir təxəssusu olmayan insanlar bu rant nəticəsində işə düzəlib.
Açıq- aydın bir şəkildə,millətin milyardlarla sərvəti talan olunur. Ancaq xəbəri heç zaman Tehran-a gedib çatmır. Keçmişdən, ta bu günümüzə qədər Rəhmani kimi adamlar Xamnei və ittilaat yığıncaqlarına yaxınlıqlarıyla tanınıb.
Məhkəmə sistemindəki nufuzları və Əli Xamnei ilə yaxınlığı nəzərə alınarsa heç kim ona etiraz etməyə cəsarət etməz.

Related Articles

Bir cavab yazın

Back to top button