Azərbaycan

Güney Azərbaycali milli fəal Əkbər Nəimi saxlanılıb

Güney azərbaycanlı milli fəal Əkbər Nəimi Apellyasiya Məhlkəməsinin qərarı elan olunmadan həbs edilib.

Məlumata görə, 18 iyunda təhlükəsizlik məmurları Təbrizdə milli fəalın evinə basqın edərək onu naməlum yerə aparıblar.

Qeyd edək ki, insan haqları fəalı və dil hüquqları müdafiəçisi Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində saxlanılıb.

Təhlükəsizlik qüvvələri daha sonra onun evinə gedib axtarış aparıblar. Fəalın şəxsi əşyaları, o cümlədən kompüteri və bəzi kitabları müsadirə olunub.

O, həbs olunduqdan sonra bir müddət Evin həbsxanasının 209-cu bölməsinin təkadamlıq kamerasında saxlanılıb.

O, sonra mülki girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmışdı.

Əkbər Nəimi əslən Xoydan olan tanınmış milli-mədəni fəal, eləcə də bir müddət öncə İran rejimi tərəfindən bağlanan “Günəbaxan Dərnəyi”nin təsisçilərindən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button