Azərbaycanİran

Güney Azərbaycan ayaqda: Ərdəbildə divarlara etiraz şüarları yazıldı

Güney Azərbaycan şəhərlərində etirazlar davam edir. Ərdəbilli fəallar şəhərin bir çox bölgələrində aksiyalara dəstək və rejimə etiraz şüarları yazıblar.

Sentyabrın 27-i gecə saatlarında ərdəbilli fəallar şəhərin bir çox məhəllələrində divarlara şüarlar yazaraq ümumölkə mitinqlərinə dəstək ifadə ediblər.

Ərdəbil divarlarına “Mən bütün vaxt etiraz edəcəyəm”, “Diktaturaya yox”, “Yalnız etirazçılar diridirlər”, “Güllədən istifadəyə qənaət edin” və başqa bu kimi şüarlar yazılıb.

Sentyabrın 23-ü gecə saatlarında Kərəc şəhərinin “Erəm” buvarında keçirilən dinc etiraz aksiyası zamanı hökumət məmurlarının birbaşa atəşi nəticəsində ölən azərbaycanlı gənc şairə və ədəbiyyatçı Hədis Nəcəfinin “Bir can nə qədər dözə bilər”, “Məni hədəf alanda üzümdən vurma, anam sarsılar” şeirlərindən qısa sözlər də divarlara yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button