Dünyaİran

Ancelina Coli İranda etiraz edən qadınlara dəstək verdi

"Hollivud" ulduzu Ancelina Coli senyabrın 28-də iranlı qadınların İslam Respublikası hökumətinə qarşı mübarizəsini yüksək qiymətləndirib.

Aktrisa “İnstaqram” sosial şəbəkəsində İranda etirazçı qadınların “qorxmaz, cəsarətli və sarsılmaz” kimi keyfiyyətlərə malik olduqlarını xatırladıb və onların hörmətə layiq olduğunu bildirib.

Paylaşımında Ancelina Coli qadın hərəkatının uzun sürən mübarizə tarixini xatırladıb.

Bildirib ki, o, həm onilliklər boyu müqavimət göstərənlərə, həm bu gün küçələrə çıxanlara, həm də Məhsa Əminiyə və onun kimi bütün iranlı gənclərə hörmət edir.

“Onların yaşamaq və nəfəs almaq üçün azadlıq və qeyri-zorakılıq və əmin-amanlığa ehtiyacı var”,- deyə, Ancelina Coli paylaşımında qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button