İran

Güney Azərbaycan fəallarından Zəfər Günü münasibəti ilə

Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil və Zəngan kimi bir sıra şəhərlərində yaşayan milli hərəkat fəalları Azərbaycan Cumhuriyyətinin işğalçı Ermənistan üzərində parlaq qələbəsi münasibəti ilə qeyd olunan Zəfər Günü ilə bağlı broşurlar yayıblar.

Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil və Zəngan kimi bir sıra şəhərlərində yaşayan milli hərəkat fəalları Azərbaycan Cumhuriyyətinin işğalçı Ermənistan üzərində parlaq qələbəsi münasibəti ilə qeyd olunan Zəfər Günü ilə bağlı broşurlar yayıblar.

Broşürün mətnini aşağıdakı kimidir:

“Biz Azərbaycanın özüyük.

Zəfər Günü mübarək olsun!

Azərbaycanın Qarabağı azad etdiyi 44 günlük müharibə təkcə sadə bir müharibə deyildi, həm də Arazın bu tərəfi (Güney Azərbaycan) də daxil olmaqla bölgənin tarixində dönüş nöqtəsi idi. Ötən 30 ildə Ermənistan İran və Rusiyanın da köməyi ilə Qarabağı işğal etdi və insanın ağlına belə gəlməyəcək cinayətlər törətdi, oradakı insanları qovdu, hər yeri viran etdi. Ancaq 30 illik həsrətdən sonra nəhayət tarixi Qarabağ torpaqları ana vətəninə geri döndü və bütün bunlar anlaşmalarla yox, Azərbaycan oğullarının misilsiz rəşadəti ilə gerçəkləşdi.

44 günlük savaş dövründə Arazın bu tərəfi də səbirsizliklə xəbərləri izlədi, bəzən sərhədlərə doğru yollandı və ictimai şəbəkələrdə hər bir halda Azərbayaca öz dəstəklərini bildirdilər. Ancaq təbii ki, buradakı əmniyət mühiti daha geniş fəaliyyətə icazə vermir.

İran hökumətinin başçıları müsəlman olduqlarını iddia etsələlər də, işğal dövründə olduğu kimi, yenə də Ermənistanı dəstəkləməyə davam etdi. İranda 40 milyon Azərbaycan türkünün olmasından çəkinən İran hökuməti açıq şəkildə bunu bəyan edə bilməsə də, Ermənistandan yana mövqe göstərdi. İranın Rusiyadan gələn silahların ermənilərə daşınmasında müstəsna rol oynaması Güney Azərbaycan xalqını küçələrə axışaraq etiraz etmələrinə səbəb oldu.

Türkiyə isə qardaş ölkə olaraq Azərbaycanın yanında yer aldı və 44 günlük müharibədən sonra bu gün torpaqlarımız Ermənistan işğalından azad olundu.

“Bütün Azərbaycan Milli Hərəkat Fəallarından”

Related Articles

Bir cavab yazın

Back to top button