Azərbaycan

Güney Azərbaycan klunu dünyanın ən yaxşıları sırasında

Nüfuzlu “Futzal Planet” saytı tərəfindən 2021-ci ildə dünyanın ən yaxşı klublarının adları açıqlanıb.

Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin “Mis Süngün” klubu dünyanın ən yaxşı 10 klubu sırasında yer alıb.

Futzal üzrə İran Premyer Liqasının son mövsümlərində ardıcıl olaraq dörd dəfə çempion olan “Mis Süngün” İspaniyanın “Barselona”, Portaqaliyanın “Sporting”, Rusiyanın “Sinara” və Braziliyanın “Megnus” klubları ilə eyni sırada yer alıb.

Bununla yanaşı, dünya çempionatı öncəsi sonuncu təlim düşərgəsində millidən kənarlaşdırılan Vərziğanın “Süngün” klubunun oyunçusu Salar Ağapur dünyanın ən yaxşı gənc futzalçısı siyahısına salınıb.

Azərbaycan komandasının qapıçısı Əlirza Səmimi isə dünyanın ən yaxşı 10 qapıçısından biri seçilib.

“Mis Süngün” komandasını Premyer Liqanın çempionluğuna aparan klubun keçmiş baş məşqçisi Əhməd Bağbanbaşı 2021-ci ilin ən yaxşı 19 baş məşqçisindən biri seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button