Azərbaycanİran

Güney Azərbaycan şəhərlərində şagirdlərin zəhərlənmə halları artıb

Martın 2-də Güney Azərbaycanın Aslanduz şəhərinin "Zeynəb" qız məktəbində şagirdlər zəhərləniblər

Yerli rəsmilərin verdiyi məlumata görə, zəhərlənən 48 şagird xəstəxanaya köçürülüb.

Bu Güney Azərbaycanda qız şagirdlər arasında baş verən ikinci zəhərlənmə hadisəsidir.

Bundan əvvəl martın 1-də də Ərdəbil şəhərinin 9 məktəbində 400 şagird zəhərlənib.

Şagirdlərdən biri Aysan Əştəri adlı yeniyetmə qızın durumunun ağır olduğu və Xomeyni xəstəxanasının reanimasiya bölməsinə yerləşdirildiyi bildirilib.

Martın 1-də SEPAH-a yaxın “Fars” xəbər agentliyi İranda şagirdlərin zəhərlənməsi ilə əlaqəli 3 nəfərin həbs edildiyini bildirib.

Bir gün sonra İran xaxili işlər naziri Əhməd Vəhidi verdiyi açıqlamada kimsənin həbs edilmədiyini və bu yöndə araşdırmalar aparıldığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button