İran

Güney Azərbaycan təşkilatlarından xalqa çağırış

Əziz və dəyərli Güney Azərbaycan xalqı 30 ildir işğal altında olan bacı qardaşlarımızın torpaqlarının işğalı bu günə qədər davam edir. Qardaşlarımızın yüzdə 20 torpağı işğal edilib. 1 milyon insanımız yurdundan didərgin salınıb. Minlərlə şəhid və yaralı vermişik. Hazırda yüzlərlə əsirimiz erməninin əlindədir. 28 ildir barış üçün davam edən müzakirələr bir neçə qətnamədən başqa heç bir nəticə verməyib. Əlbəttə , buna bir çox səbəb var. Bu məsihiyyət dünyası və Rusiyadır. Ancaq bu gün Azərbaycan Cümhuriyyəti və dəyərli xalqı müqəddəs torpaqlarını qaytarmaqda əzimlidir. Bununla yanaşı Keçdiyimiz günlərdə Rusiya iran vasitəsilə dayanmadan öz doğma torpaqlarımızdan silah göndərdiyini gördük. Bəli, İran hakimiyyəti açıqca buna yol verdi. Həm də Güney Azərbaycandan, yəni Təbriz, Ərdəbil, Xoy, Mərənd kimi şəhərlərimizdən. Bu haqsızlıqlara dözməyən milli fəallar dünən axşam Ərdəbildə etiraz ediblər. Ancaq onların plakatlarında yazılan “ Bir millət sizin arxanızdadır Azərbaycan əsgəri”, “Həsrətin həsrətimdir, Qarabağ. Zəfərin zəfərimdir” şuarlarına İranın əminiyyəti qüvvələri dözə bilməyib. Fəalları döyərək tutuqlayıblar.
Bunları nəzərə alaraq biz Güney Azərbaycan xalqı və fəalları olaraq qardaşlarımızı məsihiyət dünyası və İran hakimiyyətinin qərəzli siyasətlərinin yürüdüldüyü bir halda tək qoymayacağıq. Güney Azərbaycan milli hərəkatı təşkilatları və eləcə də, milli fəalların yaydığı çağrışa əsasən, cümə axşamı mehrin 10-u saat 17:00-da etirazını bildirəcək. Məlumata görə, Təbrizin rastaküçəsi, Urmunun Ətayi və İmam kəsişməsi, Ərdəbilin Şəriyyəti meydanı, Zənganın Səbzə meydanı, Tehranın İmamhüseyin meydanında etiraz mitinqi keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button