İran

Güney Azərbaycanda içməli su böhranı: Qadınlar yolu bağladı

Güney Azərbaycanın Xiyav bölgəsində su qıtlığı yaşanır. İçməli su qıtlığı və kəndlərə normal su kəmərlərinin çəkilməməsi əhalinin əsəblərini tarıma çəkib.
Su probleminə etiraz edən Xiyavın (Meşkinşəhr) Nüqədi kəndinin qadınları aksiya keçirib. Qadınlar etiraz əlaməti olaraq Xiyav-Ərdəbil magistral yolunu bağlayıb. Narazı qadınlar bildiriblər ki, 3 aydır içməli su tapmırlar. Məsul şəxslər isə problemlə bağlı onların müraciətlərini cavabsız qoyur.
Əhalinin etirazı və qadınların yolu bağlamasından sonra Xiyav şəhər fərmandarı (İcra Hakimiyyətinin başçısı) Əkbər Səmədi etiraz yerinə gələrək əhali ilə görüşməyə məcbur olub. O, bundan öncə olduğu kimi etirazçılara problemi diqqətdə saxlayacağı və onun həlli üçün tədbirlər görəcəyini vəd verib.
Bir müddət öncə, aprel ayının sonunda Nüqədi kəndinin əhalisi, özəlliklə qadınlardan ibarət qrup içməli su qıtlığı problemini məsulların diqqətinə çatdırmaq üçün həmin yolu bağlamışdılar. Ancaq bu günə kimi əhalinin içməli su probleminin həlli ilə bağlı hər hansı addım atılmayıb.
Qeyd edək ki, Xiyav mahalı Güney Azərbaycanın ən məhsuldar və bol sulu bölgələrindən sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button