İran

Güney azərbaycanda milli fəallar həbs edilib Salmasda tanınmış azərbaycanlı musiqiçi və fəal tutulub

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindən olan tanınmış musiqiçi və mədəni fəal Abbas Nikrəvan şəhrivərin 14-ü, İranın əmniyət gücləri tərəfindən həbs olunub. Son iki gündə tutulanlar kimi, onun da nədə ittiham olunduğu və hara aparılması barədə bilgi yoxdur. Abbas Nikrəvan bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə tutulub.

O, 14 tir 1397-ci il tarixdə Babək Qalası yürüşündə əmniyət məmurları tərəfindən tutulub, bir həftə dindirildikdən sonra ağır məbləğdə vəsiqə qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad olunub. Bununla yanaş,ı Nikrəvanın saratan mərizliyindən əziyyət çəkən və kimsəsiz uşaqlara yardım üçün 15-17 bəhmən 1393-cü ildə Qoşaçayda keçirməsi nəzərdə tutulan xeyriyə konserti əmniyət məmurlarının basqıları nəticəsində ləğv edilib. Bildirək ki, son iki gündə Sulduz şəhərində azərbaycanlı fəal Höccət İsmətzadə və mətbuat işçisi Fərhad Ruzban İranın əmniyət orqanları tərəfindən tutularaq bilinməyən yerə aparılıblar. Qeyd edək ki, son xəbərlərə görə adları çəkilən iki fəal müvəqqəti azadlığa buraxələblar, ancaq hələlik Abbas Nikrəvanın vəziyətindən dəqiq bilgi yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button