Azərbaycanİran

Bünabda yaşayış binasında partlayış olub

Bu gün səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Bünab şəhərində yaşayış binasında partlayış olub.

Bu barədə əyalətin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat yayıb.

O, partlayışın qaz sızması nəticəsində baş verdiyini, dörd nəfərin yaralandığını deyib.

Şadiniyanın sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağır olduğuna görə onlar Təbrizin Sina xəstəxanasına köçürülüblər.

Related Articles

Bir cavab yazın

Back to top button