İran

Güney Azərbaycanın hizbləri və təşkilatlarının 1400-cü ilin Mordada ayının 2-i tarixi qiyam barədə bəyaniyyəsi

Azərbaycanaın türk xalqı və dünyanın sayıq vicdanlı cəmiyyətinə
Azərbaycan xalqı, özəlliklə döyüşkən qadın və igidləri, 24 juiyyə 1400-cü ilin Mordad ayının 2-i tarixində misli az görünən etiraz, bir daha sübut etdi ki, öz milli iradəsi ilə bütün siyasi və əmniyyəti müadilələri poza bilər. Azərbaycanın türk xalqı, İranın ittilaat-əmniyyət servislərinin basqılarına baxmayaraq, Ələhvazın məzlum ərəb xalqının haqlı mübarizəsinə dayaq durmaqla yanaşı öz tapdalanmış hüququnu da səsləndirə bildi.
Mordad ayının 2-də Təbrizin xiyavanlarına baş verən olaylar, birincisi, istər siyasi-mədəni fəallar, istərsə də, siyasi hizblər və təşkilatlarından ibarət Azərbaycan xalqının birliyinin göstəricisi oldu, ikincisi isə, Güney Azərbaycan türk xalqı və Ələhvaz ərəb xalqının stratejik birliyini güclənməsində önəmli addım oldu. Bu birlik göstərişi mərkəzləşmə və totalitarlıq dayaqlarını sarsıdıb və bu iki qəhrəman xaqla işıqlı gələcək müjdəsi verdi..
Biz bu bəyaniyyəni imzalayan Güney Azərbaycanın siyasi hizbləri və təşkilatları, Ələhvaz xalqının haqlı mübarizəsinə himayə ilə öz və ərəb xalqının ortaq qayğılarını dilə gətirməklə, totalitar faşizmin dayaqlarını titrədən Güney Azərbaycan xalqına öz təşəkkürlərimizi və sayğılarımızı bildiririk, hər iki ulu xaqldan istəyirik ki, öz mübarizə və etirazlarını nəticəyə çatanadək və hər hansı ayrıseçkiliyin, totalitarizmin, mərkəzləşmənin kökünü qurtmağa qədər davam etdirsinlər. Bəllidir ki, bu mübarizələrin davam etdirilməsinin durumu milli fəəalların məsləhəti və toplam şüura əsasən olacaqdır.
Biz qanunsuz tutuqlamaları qınayaraq, tutuqlananların qeyd-şərtsiz tezlikllə azadlığa buraxılmalarını tələb edirik. Vurğulayırıq ki, tutuqlananların hamısı azadlığa buraxılmasa, Azərbaycanın türk xalqı öz həbsə alınmış övladlarını himayə etməyə etiraza qalxacaqdır.
Yaşasın İranda zülm altında olan xalqların azadalıq mübarizələri və birlikləri!

Güney Azərbaycanın Türklərinin Demokratik Birliyi
Azərbaycanın Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azadlıq Cəbhəsi (GAMAC)
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
Azərbaycanın Öyənci Hərəkatı (AZOH)
Güney Azərbaycan İstiqlal Hizbi
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycanın Liberal Demokrat Partiyası (GALDP)
Azərbaycan Mərkəz Partiyası (AMP)

Related Articles

Bir cavab yazın

Back to top button