İran

Güney Azərbaycanlı alim beynəlxalq mükafata layiq görülüb

Sued vətəndaşı olan Güney azərbaycanlı uzman Əhmədriza Calali Uluslararası ödülə layiq görülüb.

Hazırda Tehranın “Evin” zindanında saxlanılan və barəsində ölüm hökmü çıxarılan Güney azərbaycanlı uzmanın həyat yoldaşı Vida Mehranniyanın mediaya verdiyi bilgilərə görə, calali Uluslararası “Academic Freedom” ödülünə layiq görülüb.
Vida Mehranniya oktyabrın 22-də verdiyi açıqlamada bildirib ki, həyatı yoldaşı adından ödülü almaq üçün ona müraciət olunub. Ancaq koronovirus məhdudiyyətlərinə görə Brukselə gedə bilməyib.
Onun sözlərinə görə, bu həftə Əhmədriza Calalinin nümayəndəsi olaraq Prof.Karolayn Pavelz ödülü alacaq.
“Academic Freedom” ödülü Beljik, Bilimyurdu Professorları icması tərəfindən təqdim edilir.
Ödül uzmanların məhbus olmamalarını və onların azad şəkildə araşdırmalarını davm etdirməli olduqlarını simvolizə edir.
Bundan öncə oktyabrın 17-də Uluslararası Əfv Təşkilatı güneyli uzmanla bağlı yeni bəyanat yayıb.
Bəyanatda İran hökumətindən Əhmədriza Calalinin barəsində çıxarılan edam hökmünün ləğv olunması və alimin yubanmadan azadlığa buraxılması istənilib.
Prof. Əhmədriza Calali Suis vətəndaşıdır, o İranda “Musad”a casusluq ittihamı ilə edama məhkum olunub və hazırda Tehranın Evin zindanında həbsdədir. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib.
Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı “Sepah”ın casusluq projelərinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.
Bundan öncə BMT azərbaycanlı aliminin səhhəti ilə bağlı İran hökumətinə xəbərdarlıq edib, habelə müxtəlif ixtisaslar üzrə 121 nobel ödülü namzədi olan bu uzmanın azadlığa buraxılmasını tələb edib.
Əhməd Riza Calali İranda tibbi Bilimyurdunda təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb. O 2009-cu ildə təhsilini davam etdirmək üçün Suisə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini Suisin Karolinska Bilimyurdunda alan Əhməd Riza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə Suisdə qalmalı olub, o İtaliya və Beljik kimi ölkələrdə elmi- araşdırma müəssisələrində də çalışıb.

Əhməd Riza Calali 2016-cı il avrilin 24-dən Tehranın Evin zindanında həbsdədir.
Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edilib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.
O Tehran və Şiraz bilimyurdlarının dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub.
Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan basqılar, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq etisabı da keçirib.

Azərbaycanlı alimın pərvəndəsi İranda müəyyən məhbuslara qarşı yalan ittihamla quraşdırılan dəhşətli pərvəndələrdən biridir. Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu sənədlərin üzə çıxdığı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button