Azərbaycan

Güney azərbaycanlı çempion İran hökumətinə etiraz edib

Karate üzrə olimpiya çempionu İran hökumətinin israilli rəqiblərlə yarışa qadağa qoyduğuna görə etiraz edib.

Əslən Güney Azərbaycandan olan və Tokio Olimpiadasının karate üzrə qızıl medalının sahibi Səccad Gənczadə İsrail idmançıları ilə qarşılaşma ehtimalına görə, İran hökumətinin onu turnirə göndərməmədiyi üçün İran hökumət rəsmilərini kəskin tənqid edib.

Əslən Ərdəbilin Biləsuvar bölgəsindən olan 30 yaşlı idmançı özünün sosial media hesabında bununla bağlı paylaşım edərək Portuqaliyada keçiriləcək yarışlara getməsinə icazə verilməməsindən narazılığını bildirib.

“Ömür boyu idman etməyən və bununla maraqlanmayan şəxslərin insana hansı yarışa gedib-getməməsi barədə göstəriş vermələri ağrılıdır. İdman və gənclər nazirinin özünün idmançı olmasına baxmayaraq bu məsələlərə diqqət ayırmır və yalnız öz vəzifəsini qoruyub saxlamaq üçün çalışır”-deyə, güneyli idmançı İranın idman və gənclər naziri Nəsrullah Səccadini tənqid edib.

2020-ci ilin ən mötəbər idman yarışlarından olan çempionata qatıla bilmədiyindən təəssüfləndiyini yazan Gənczadə, bundan sonra ancaq Asiyanın məhdud idman yarışlarında çıxış etməyə məhkum edildiklərindən narahatlığını ifadə edib.

Related Articles

Bir cavab yazın

Back to top button