İran

Güney azərbaycanlı fəallar məhkəməyə çağırılıb

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güney Azərbaycanlı fəal məhkəməyə çağrılıb.

Onlardan bu il şəhrivərin 29-da Ərdəbilin İnqilab Məhkəməsində olmaqları istənilib.

44 günlük ikinci Qarabağ savaşı çağı Azərbaycan ordusuna dəstək olaraq eləcə də İranın Ermənistana yardımlarına etirazda saxlanılan 12 Güney azərbaycanlı fəal İnqilab Məhkəməsinə çağrılıb.

Milli-mədəni fəallar Əsgər Əkbərzadə Xızrabadi, Pərviz Siyabi Gərcanlı, Hüseyn Balaxani İsalu, Mürtəza və Mustafa Pərvin Cıda, Ha:mid Heydəri Barıs, Məhəmməd və Səccad Co:lani Ocaq, Sübhan Bəxşi, Mehdi Huşmənd və Bəhmən Xeyrcu-a məhkəmənin elektron sistemi vasitəsilə çağırış vərəqələri göndərilib.

Çağırışlarda milli-mədəni fəallardan şəhrivərin 29-da Duz günü yerli vaxtla saat 09:30, Bakı vaxtilə saat 10:00-da Ərdəbil şəhərinin İnqilab Məhkəməsində olmaqları istənilib.

Bildirməliyik ki, ötən il adı çəkilən fəallara qarşı irəli sürülən ittihamlarda dəyişiklik edilib. Yeni çağırışda onların ittihamı “İran rəhbərini təhqir etmək” kimi göstərilib.

Qeyd etmək gərəkir ki, yuxarıda adıları çəkilən fəallar 1399-cu il mehr ayının 8-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün nizami əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın çeşidli şəhərlərində eləcə də Tehranda etiraz edən fəallar da həbs edilib və mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

İran rejiminin təhlükəsizlik qüvvələrinin fəalları fiziki zorla yanaşı həbs etməsi və onlarla xoşagəlməz tərzdə davranması həm güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olub. “Amnesty İnternational” yaydığı bəyanatda İran rejimindən son etirazlarda tutuqlananlrın hamısının yubanmadan habelə qeyd- şərtsiz buraxılmasını istəmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button