Azərbaycanİran

Güney azərbaycanlı nəşriyyatçılar yeni qaydaya etiraz ediblər

Şərqi Azərbaycanın İslama Çağırış (İrşad) İdarəsi hər il keçirilən Təbriz Kitab Sərgisi barədə yeni qayda tətbiq ediblər.

Şərqi Azərbaycanın İslama Çağırış İdarəsi yeni qayda olaraq Təbriz Kitab Sərgisinin keçirilməsi və satışı işlərini Təbrizin Kitab Evinin səlahiyyətinə daxil edib.

Belə ki, sərgidə iştirak etmək istəyən nəşriyyatçılar nəşr edəcəkləri kitablarını əvvəlcə məhdud sayda Kitab Evinə təhvil verməlidirlər. Bu qurum da kitabların məzmununu araşdırıb rəy bildirməklə, məsləhət gördükləri kitabların sərgidə iştirak etməsinə icazə verəcək.

Bu isə kitabların senzuradan keçirilməsi anlamına gəlir.

Təlimata əsasən, sərgidə kütləvi satılmış kitabların məbləği Kitab Evinin hesabına köçürülməlidir və sərginin bitməsindən 1 ay sonra kitabların nəşrinə xərclənmış vəsaitdən 40% çıxılmaqla, qalanı nəriyyatçıların hesabına köçürüləcək.

Kitab sərgisi barədə həmin təlimat İranda misli görünməmiş hərəkət kimi ilk olaraq Güney Azərbaycanda tətbiq olunur.

Azərbaycanlı nəşriyyatçılardan bir qrupu Şərqi Azərbaycan Əyalətinin Baş İslama Çağırış İdarəsinə etiraz məktubu göndərməklə, sərgidə iştirak etməyəcəklərini bildiriblər.

Qeyd edək ki, Güney Azərbaycan nəşriyyatçıları Azərbaycan dilində müəyyən qədər kitablar nəşr edirlər. Həmin qayda dolayısı ilə hakimiyyət tərəfindən Azərbaycan nəşriyyatçılarına təzyiq hesab olunur.

Related Articles

Bir cavab yazın

Back to top button