İran

Güney Azərbaycanlı siyasi məhbus vəsiqə qarşılığında murəxəsiyə buraxılıb – Video

Azərbaycanlı siyasi məhbus Əli Vasiqi vəsiqə qarşılığında murəxəsiyə buraxılıb

“ANT”nin Mətbuat Mərkəzinə gələn bilgiyə görə,  dünən azərbaycanlı siyasi məhbus Əli Vasiqi 50 milyon tümənlik vəsiqə qarşlığında  bir həftəlik murəxəsiyə buraxılıb.

Qeyd edək ki, irqçi hakimiyyəti Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Riza Vasiqi qardaşları 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Riza Vasiqi isə 2 il həbsə çəkməkdədilər.

Ərdəbild İnqilab Məhkəməsinin 1-ci şöbəsi, qa:zi Məhdəviradın başçılığı ilə iki qardaş Əli və Riza Vasiqi, “Grcə Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button