Dünyaİran

Co Brayden İrana qarşı yeni yol seçəcək

‍ Ceyk Sallivan: “İranla diplomatiya məğlubiyyətə uğrayacağı təqdirdə Bayden yeni yolları sınayacaq”

Amerka Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan oktyabrın 5-də Vaşinqtona səfər edən israilli həmkarı Eyal Hulata ilə görüşərək İranın atom proqramının nəzarətə alınması xüsusunda danışıqlar aparıb.

O deyib ki, Amerika prezidenti Co Bayden hökuməti İranın nüvə silahına yiyələnməyəcəyindən əmin olmaq və İsrailin təhlükəsizliyinin qorunacağı barədə üzərinə öhdəlik götürüb.

“Bayden hökuməti hesab edir ki, İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün ən yaxşı seçim diplomatiya və danışıqlardır.

Ancaq Amerika prezidenti bunu da əlavə edib ki, əgər diplomatiya nəticə verməsə və məğlubiyyətə uğrasa, o zaman,  Amerika dövləti başqa seçimlərə üz tutmağa və ayrı yolları sınamağa hazırdır”, -deyə Amerika Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan dünən Vaşinqtonda israilli həmkarı Eyal Hulata ilə görüşündə bəyan edib.

Bildirilir ki, son vaxtlar İsrailin Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsinə təyin edilən Eyal Hulata bundan öncə “Mossad”ın yüksək vəzifələri başçılarından olub və İranın nüvə proqramının qarşısını almaqda  fəaliyyət aparıb.

Related Articles

Bir cavab yazın

Back to top button