İran

Güney azərbaycanlı uşaqlar türkcə təhsil tələb ediblər

İran və Güney Azərbaycanda təhsil müəssisələrinin açılışı günü münasibəti ilə güney azərbaycanlı uşaqlar ana dilində təhsil istəyiblər. Belə ki, septambrın 5-də yeni dərs ilinin başlanması ilə ilgili mədrəsəyə gedən şagirdlərdən bir qrupu əllərində plakat tutaraq İrandakı təkdilli təhsil sisteminə etirazlarını bildiriblər. Uşaqların qaldırdığı plakatların üzərinə türkcə və farsca “Ana dilimdə dərs oxumaq haqqımdır”, “Ruhani, ana dilim bəs hanı?”, “Ana dilim varlığımdır, onu düzgün öyrənmək haqqımdır” Kimi şüarlar yazılıb. Bildirək ki, İran ana yasasının 15-ci maddəsində qeyri-fars dillərinin tədrisinə icazə verilib. Ancaq bir çox İran rəsmisi bu maddəni fərqli şəkildə şərh edərək onun dövlət qurumları üzərinə hər hansı məsuliyyət gətirmədiyini iddia edir. İran rejimi ölkədə müxtəlif dillərin tədrisi üçün milyardlarla tümən vəsait ayırır. Ancaq əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə verilmir. Bunu istəyən mədəni fəallar uzunmüddətli həbslərlə cəzalandırılır. İranda yaşayan türklərə ölkə üzrə yayımlanan türkcə qəzet və televiziya təsisinə belə icazə yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button