Azərbaycanİran

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

Martın 25-i günorta saatlarında Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan bir sıra güney azərbaycanlılar “Azadlıq və ədalət yürüşü” adlı mitinq keçiriblər.

Bildirilib ki, mitinqin əsas məqsədi İran dövlətinin repressiv, anti-Azərbaycan, anti-türk siyasətinə, ölkə daxilində Azərbaycan türklərini, qaşqay və Xorasan türklərini, türkmənləri, ümumiyyətlə, bütün türk toplumlarını hər mənada təzyiq altına almasına etiraz etməkdən ibarətdir.

Eləcə də mitinqin İranın Azərbaycan Respublikasına qarşı təhdidkar, düşməncə siyasətinə etiraz məqsədi daşıdığı qeyd edilib.

Mitinqin sonunda bəyanat qəbul olunub.

Bəyanatda son yüz ildə Pəhləvi və molla hakimiyyətinin İranda yaşayan qeyri-fars xalqlara, özəlliklə azərbaycanlılara qarşı ədalətsiz siyasətlərindən bəhs edilir.

“Bu gün İranda bütün məzlum xalqlar ümumbəşəri qanunlar və hüquqlar çərçivəsində öz pozulmuş hüquqlarını bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır bədəllər ödəyirlər”,- bəyanatda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button