AzərbaycanDünyaİran

Güneyli alimin xanımı İsveç baş nazirinə etiraz etdi: Bu, ayrı-seçkilikdir

Tehranın Evin həbsxanasında saxlanılan və barəsində ölüm hökmü çıxarılan İsveç vətəndaşı olan güney azərbaycanlı alim professor Əhmədrza Calalinin həyat yoldaşı Vida Mehranniya İsveçin baş naziri Olaf Kristersona etiraz edib.

Mehranniya İsveçin bu ölkənin İranda həbsdə olan iki vətəndaşının İsveçdə həbsdə olan iranlı keçmiş prokuror köməkçisi Həmid Nuri ilə mübadilə edildiyini, ancaq onun həyat yoldaşı professor Əhmədrza Calalinin azadlığı üçün addım atılmadığını deyib.

Azərbaycanlı alimin xanımı baş nazir Olaf Kristersonu ayrı-seçkilikdə və iddia etdiyi demokratiya və insan hüquqlarını pozmaqda günahlandırıb.
Qeyd edək ki, İranda casusluq ittihamına görə həbsdə olan iki İsveç vətəndaşı Yuhan Flodrus və Səid Əzizi iyunun 15-də azad edilib və İsveçə qayıdıblar.

Related Articles

Bir cavab yazın

Back to top button