Azərbaycanİran

Güneyli ekspert: “İran rejimi siyasətini yüz ildən çoxdur türk düşmənçiliyi üzərində qurub”

"İran rejimi siyasətini yüz ildən çoxdur Azərbaycan, türk düşmənçiliyi üzərində qurub".

bunu güney azərbaycanlı ekspert Babək Azəroğlu Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İran əlindən gəldiyi qədər türklərə ziyan vurmağa çalışır: “Urmiya gölünün qurudulması birbaşa bu siyasətə xidmət edir. Məqsəd insanları yaşadıqları yerdən didərgin salmaq və onların başını digər problemlərlə qatmaqdır. Düşünürəm ki, onların bu siyasəti baş tutmayacaq”.

Siyasi ekspert Azər Həsrət isə bildirib ki, Urmiya gölünün qurudulması məsələsi dünya səviyyəsində qaldırılmalı və məsələnin həllinə çalışılmalıdır: “Bütün problemlərin həlli Güney Azərbaycan Cümhuriyyətinin qurulması ilə mümkün ola bilər. Necə ola bilər ki, müasir düşüncəyə malik türklər belə toplumun əsarəti altında yaşayır?! Azərbaycan türkləri bu təfəkkürün altında yaşamamalıdır. Əsas məqsəd Güney Azərbaycan Cümhuriyyətinin qurulmasıdır. Bundan sonra bütün problemlər, o cümlədən dil məsələsi də həllini tapacaq. Azərbaycan da bu mübarizədə əlindən gələni etməyə hazırdır. Hər kəs əlini daşın altına qoymalıdır”.(Report)

Related Articles

Bir cavab yazın

Back to top button