Azərbaycanİran

Güneyli fəal bir aydan çoxdur azadlığa buraxılmır 

Azərbaycan Milli Hərəkatının fəalı, jurnalist İbrahim Rəşidinin (Savalan) valideynləri müvafiq orqanlardan övladlarının vəziyyəti ilə maraqlansalar da, istəklərinə hələ də nail ola bilməyiblər. 

Siyasi məhbusun qardaşı Məhəmməd Rəşidi “İnstagram” səhifəsində İbrahim barədə paylaşım edib:

“Dekabrın 30-u İbrahim Xiyav (farsca – Meşkinşəhr) rayon prokurorluğu tərəfindən “hakimiyyət əleyhinə təbliğat” və “ictimaiyyəti çaşdırmaq məqsədilə yalan yaymaq”da ittiham edilib və 1 ay müddətinə həbs edilib.

“Yanvarın 28-də bir aylıq həbs müddəti başa çatsa da, qardaşım azadlığa buraxılmayıb. Yanvarın 31-də bu müddət daha 1 ay uzadılıb. Daha sonra o, Meşqinşəhr bölgəsinin həbsxanasına köçürüldü”.

Related Articles

Bir cavab yazın

Back to top button