Azərbaycanİran

Güneyli fəal Mitra Cavadi barədə məlumat verilmir

O, Qərbi Azərbaycanın Sayınqala (Şahindej) şəhərində həbs edilib.

Noyabrın 19-da Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərində təhlükəsizlik məmurları tərəfindən həbs edilən gənc fəal xanım Mitra Cavadinin taleindən xəbər yoxdur.

Onun ailəsinin müraciətlərinə baxmayaraq fəalın harada saxlanıldığı və nədə ittiham olunduğu barədə məlumat verilmir.

İran zindanlarında etirazçı məhbuslara qarşı işgəncə hallarının çox olduğuna görə, Mitra Cavadinin ailəsinin onun həyatda olub-olmamasından nigəran olduqlarını bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button