Azərbaycanİran

Ərdəbilli milli fəal Saman Bidar təhlükəsizlik idarəsinə çağrılıb

Ərdəbil şəhərində yaşayan milli fəal və Traxtur komandasının tərəfdarlarının liderlərindən olan Saman Bidar ərdəbil şəhəri polisinin təhlükəsizlik idarəsinə çağrılıb.

Bildirilir ki, noyabrın 26-da adı çəkilən bölmədən Saman Bidara zəng edilərək onun bir sıra suallara cavab verməsi üçün bölməyə getməsi istənilib.

Milli fəal telefon vasitəsilə çağrılmasının qanunsuz olduğunu, bunun üçün qanuni məhkəmə hökmünün olmasını bildirərək təhlükəsizlik bölməsinə getməkdən imtina edib.

Ərdəbilli fəaların verdiyi məlumata görə, bundan sonra təhlükəsizlik bölməsinin əmkdaşları Saman Bidarın yaşadığı evə basqın edərək axtarış aparsalar da, milli fəal evdə olmadığı üçün onu həbs edə bilməyiblər.

Qeyd edək ki, Saman Bidar bundan əvvəl
2021-ci ilin 26 fevralında saxlanılaraq Ərdəbil zindanına köçürülüb və 8 fevral tarixində 50 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılsa da, İnqilab Məhkəməsi tərəfindən 3 il 45 gün şərti həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button