Azərbaycan

Güneyli fəal Tehranda polis idarəsinə çağrıldı

Qeyd olunan mərkəzə müraciət edib və telefonla çağrılmamın, eləcə də sorğu-suala tutulmağımın səbəbini soruşub və tələb etdim ki, məni çağırmaq üçüb qanuni şəkildə məhkəmə qərar göndərilsin”.

“Aznews tv”ın xəbərinə görə, Tehran sakini olan azərbaycanlı fəal Səid Təqipur bununla bağlı İnstagram səhifəsində məlumat paylaşaraq yazıb: “Tehran polisindən əlaqə saxlayaraq həmin idarəyə müraciət etməyimi tələb etdilər. Səhər saat 9-da müraciət etdim. Sorğu-sual və hədə-qorxudan sonra mənim Böyük Tehran vilayəti üzrə Əmniyət Polisinin komandanına müraciət etməyim tələb edildi.

Qeyd olunan mərkəzə müraciət edib və telefonla çağrılmamın, eləcə də sorğu-suala tutulmağımın səbəbini soruşub və tələb etdim ki, məni çağırmaq üçüb qanuni şəkildə məhkəmə qərar göndərilsin”.

Fəal habelə yazıb ki, polis idarəsində ona guya nəsihət ediblər ki, öz hərəkətlərimdə və qələmimdə diqqətli olum, yoxsa bəraət verilməyəcək.

Qeyd edək ki, azərbaycanlı fəal Səid Təqipur 2019-cu il noyabr etirazları zamanı da polisə çağrılmış, lakin ona qarşı heç bir fakt toplaya bilmədikləri üçün ona bəraət verilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button